Günün günorta çağı küçə işıqları yanır – GÖRƏSƏN İSRAFIN SƏBƏBİ NƏDİR? - FOTO

Bu fotolar Parlament prospektində 7 yanvar saat 13.00-da çəkilib. Göründüyü kimi günün günorta çağı olsa da, küçə işıqları söndürülməyib.
Prospektin demək olar yarısında lampalar yanır.
Hava dumanlı və ya tutqun olsa günün günorta çağı küçə işıqlarının yandırılmasını başa düşmək mümkün idi. Amma hər kəs görür ki, gün çıxıb, hər yan işıqlıdır. Bəs onda lampalar niyə yanır?
Bəlkə də kimsə məni xırdaçılıqda ittiham edə bilər. Olsun, hər kəs düşüncəsində azaddır. İşin pis tərəfi budur ki, prospekt boyu təxminən 20 dirəkdə işıqlar yanırdı (40 lampa). Bu lampalar nə qədər qənaətcil olsa da, müəyyən qədər sərfiyyatları var. Bir lampanın hər il 5-6 saat artıq yanması bütün şəhər üzrə götürüldükdə milyonlarla kilovatt saat enerjinin israfı ilə nəticələnir. Belə bir yersiz sərfiyyat isə bizim COP-29-da götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinə mane olan amillər arasındadır. Həm də axı elektrikə qənaət üçün közərmə lampalarının satışının məhdudlaşdırılması digər tip lampaların qeyri-məhdud istifadəsinə əsas vermir.
Gündüz vaxtı lampaların boş yerə yanmasına səbəb böyük ehtimalla bu təsərrüfata cavabdeh şəxslərin diqqətsizliyi, bəlkə də məsuliyyətsizliyidir. Bir faktı da deyim ki, gündüz vaxtı işıqların yanmasına şərqli turistlər əhəmiyyət verməsələr də, qərblilər bunu israfçılıq kimi dəyəndirirlər.
Vüqar



Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...










