İyul imtahanları öncəsi vacib XƏBƏRDARLIQ

Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi artıq başa çatıb. İkinci cəhd imtahanları isə iyul ayında keçiriləcək. Avtosfer.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, II və III ixtisas qrupları üzrə ikinci cəhd imtahanı iyulun 5-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 12-də təşkil olunacaq. Yaz qəbul imtahanlarında ümumilikdə 20 nəfər imtahandan xaric olunub. Onlardan 19 nəfər abituriyentlər, 1-i isə nəzarətçi-müəllimdir. Belə ki, mayın 24-də II və III ixtisas qrupları üzrə keçirilən imtahan zamanı 9 nəfər imtahandan xaric edilib. Onlardan 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə "ağıllı" saat aşkar olunub. İyunun 7-də I və IV ixtisas qrupları üzrə keçirilən imtahanda isə 11 nəfər kənarlaşdırılıb. Həmin şəxslərdən 10 nəfərdə mobil telefon aşkarlanıb. Bundan əlavə, üzərində "ağıllı" saat aşkar edilən bir nəzarətçi-müəllim də imtahandan uzaqlaşdırılıb. Dövlət İmtahan Mərkəzi baş vermiş faktlarla bağlı araşdırma aparır.
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT












