Manatla bağlı indiki şəraitdə devalvasiya riski var? - MÜHÜM AÇIQLAMA

Dünyada artan geosiyasi gərginlik qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyi artırıb. Analitiklər hesab edir ki, belə proseslər bir çox ölkələrin milli valyutalarına da təsir göstərə bilər. Bu baxımdan mövcud vəziyyətin Azərbaycan manatının sabitliyinə və ölkədə valyuta bazarına mümkün təsirləri də müzakirə mövzusuna çevrilib.
Mövcud geosiyasi vəziyyət manatın sabitliyinə və valyuta bazarına təsir göstərə bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib:

“İndiki geosiyasi vəziyyətdə iki proses gedir. İran, Amerika və İsrail müharibəsi əsnasında Hörmüz körfəzi bağlanıb. Oradan dünyaya neft hasil ola bilmir. Buna görə də neftin qiyməti qalxıb. Bu, Azərbaycanın xeyrinədir”.
Bizim valyuta ehtiyatımızın artdığını vurğulayan ekspert əlavə edib:
“Deməli, manat üçün heç bir təhlükə yoxdur. Əksinə, biz hələ gələcək dövr üçün də daha çox valyuta toplayaraq zənginləşirik”.
“Digər tərəfdən də bu konfliktlər Amerikanın dünyadakı etibarlılığını və nüfuzunu aşağı salır. Onsuz da dollar dünyada 10 faiz düşmüşdü. İndi dolların daha da aşağı düşmə ehtimalı var. Bu da bizim üçün yaxşıdır. Manat dollara münasibətdə daha baha olmalıdır. Amma biz indiki məzənnəni süni yolla saxlamışıq. Hazırda yürüdülən məzənnə siyasəti üçün tam uyğun bir vəziyyətdir. Dollarla müqaisədə milli valyuta sabit qalacaq. Amma digər valyutalara nisbətdə dəyişiklik ola bilər”, — deyə Əkrəm Həsənov sonda vurğulayıb.
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Xalid Kərimli isə bildirib:

“Baş verən proseslər, ABŞ-İran, Rusiya-Ukrayna müharibəsi manatın məzənnəsi üçün xüsusi təhlükə yaratmır. 2025-ci ilin statistikası göstərir ki, əhalinin manata olan marağı və etibarı artıb”.
“Depozitlərin strukturunda manatın xüsusi çəkisi son 20 ildə ən yaxşı vəziyyətdədir. Eyni zamanda nəğd dollar alış-satış bazarında istiqamət dollar satışınadır. Əhali daha çox dollar satır. Həmçinin ölkəyə girən dollar çıxan dollardan daha çoxdur. Hazırda manata qarşı təzyiq ola bilməz. Nəzərə alsaq ki, müharibə qazın və neftin də qiymətini qaldırıb. Bu baxımdan da hər hansı bir risk yoxdur”, — deyə Xalid Kərimli sonda qeyd edib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












