Mənəvi ziyana görə bu qədər təzminat ala bilərsiniz

Mənəvi ziyana görə təzminat məsələsi uzun müddətdir həm hüquqi müstəvidə, həm də cəmiyyətdə müzakirə olunan həssas mövzulardan biri olaraq qalır. Xüsusilə, bu tip zərərlərin konkret ölçülərlə ifadə olunmasının çətinliyi məhkəmə qərarlarında fərqli yanaşmalara səbəb olur, zərərçəkənlərin ədalət gözləntilərini isə bəzən sual altına qoyurdu. Son dövrlərdə isə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilən yeni qərar bu sahədə daha aydın meyarların formalaşdırılmasına yönəlib.
Bəs mənəvi ziyana görə təzminat artıq hansı prinsiplər əsasında hesablanır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, əvvəllər mənəvi ziyana görə ödəniləcək təzminatın məbləğini müəyyən etməkdə ciddi çətinliklər mövcud idi.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 nömrəli “Şəxsiyyət hüquqlarının müdafiəsinə dair” qərarı bu sahədəki boşluqları aradan qaldırıb.
Yeni yanaşmaya əsasən, mənəvi ziyana görə təzminatın məbləği müəyyən edilərkən balans prinsipi qorunmalıdır. Yəni, təzminat məbləği zərər vurana qarşı çəkindirici təsir göstərməli, lakin eyni zamanda onun müflisləşməsinə səbəb olacaq qədər yüksək olmamalıdır. Başqa sözlə, məbləğ nə çox aşağı, nə də həddindən artıq yüksək təyin edilməlidir”.
Turan Abdullazadənin sözlərinə görə, bu qərar hakimlərə daha çevik və ədalətli qərar vermək imkanı yaradır.
“Belə ki, təzminatın həcmi müəyyən edilərkən zərər vuran şəxsin kimliyi, həyat tərzi, davranışı və digər mühüm hallar nəzərə alınır. Zərər vuran şəxsin maddi vəziyyətinin ağır olması onu mənəvi ziyana görə təzminat ödəməkdən azad etmir. Bununla yanaşı, hadisədən sonra zərərin aradan qaldırılmasına yönəlmiş müsbət addımlar – məsələn, üzrxahlıq və ya nəticələrin aradan qaldırılması istiqamətində görülən tədbirlər də məhkəmə tərəfindən qiymətləndirilir və təzminatın məbləğinə təsir göstərə bilər”.
Beləliklə, yeni hüquqi yanaşma mənəvi ziyana görə təzminatın daha obyektiv və ədalətli şəkildə müəyyən edilməsinə şərait yaradır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












