Məzuniyyətə çıxmaq istəyənlər MÜTLƏQ OXUSUN: Qanuna görə bundan sonra...

İş həyatında əmək məzuniyyətindən səmərəli istifadə həm işçinin istirahəti, həm də iş prosesinin düzgün təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, bəzi hallarda işçilər məzuniyyəti bütöv şəkildə deyil, hissə-hissə götürməyə üstünlük verirlər ki, bu da praktikada tez-tez müzakirə olunan məsələlərdən birinə çevrilir.
Bəs əmək məzuniyyətinin hissələrə bölünməsi qanunvericilik baxımından necə tənzimlənir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Elşad İsayev bildirib ki, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı əsasında hissələrə bölünərək təqdim edilə bilər.
“Bu zaman əsas tələb ondan ibarətdir ki, məzuniyyətin bölünmüş hissələrindən ən azı birinin müddəti 2 təqvim həftəsindən az olmamalıdır. İşçi məzuniyyətin yalnız bir hissəsindən istifadə etdikdə, qalan günlər itmir. Belə ki, istifadə olunmamış məzuniyyət hissəsi həmin məzuniyyətin verildiyi iş ili başa çatanadək, yaxud təqvim ilinin sonuna qədər verilə bilər. Bundan əlavə, işçinin istəyi ilə həmin günlər növbəti iş ilinin əmək məzuniyyəti ilə birləşdirilərək də təqdim oluna bilər”.
Beləliklə, əmək məzuniyyətinin hissələrə bölünməsi mümkündür, lakin bu proses həm işçinin istəyi, həm də işəgötürənin razılığı ilə həyata keçirilməli və qanunvericiliyin tələblərinə uyğun təşkil olunmalıdır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












