Normadan artıq yağışın fəsadları: Kürün səviyyəsi qalxa, daşqınlar ola bilər - Ekoloq

"Bir neçə gündür ki, aramsız yağan yağış sularnın böyük fəsadları olacaq". Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev deyib. Onun sözlərinə görə, yağıntılar Kür çayının səviyyəsini həddindən artıq yuxarı qaldıracaq.
Ekoloq əlavə edib ki, nəticədə bu daşqınlara, su basmalara səbəb olacaq. O, hazırda yağan yağışların illik normadan 6 dəfə çox olduğunu əlavə edib:
"Daşqın və selin 6 dəfə çox olması, xüsusi ilə dağlıq və dağətəyi ərazilərdə böyük fəsadlar törədir. Bu, dünyada baş verən iqlim dəyişikliyinin nəticəsidir. Yağıntılar böyük problem yaradır, bəzi ölkələrdə fəlakətlərə gətirib çıxardır".
Xosrov Musayev yağışın müsbət tərəflərinin də olduğunu qeyd edib:
"Xüsusi olaraq da yağıntılar az düşən ərazilərdə. Quraqlıq ərazilər su baxımdan həssas ərazilərdir. Burada yağışların yağması yaxşı haldır, amma bunun fəsadları hər zaman problem yaradır. Daşqınların qarşısını almaq üçün su resurslarından səmərəli istifadə olunmalıdır. Həmin sular anbarlara yönəldilməlidir ki, yüksək təlabat olanda, temperatur yüksələndə bu sulardan istifadə olunsun".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












