Hərbçilərə ŞAD xəbər: Prezident QƏRAR VERDİ

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklikləri təsdiqləyib.
Sənədə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər. Buna görə də qanunvericiliyə “şəxsi jeton” anlayışı və istifadə qaydaları əlavə edilib.
Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə yeni maddə də əlavə olunub. Həmin maddəyə əsasən, gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Dövlət başçısının imzaladığı Fərmanla Nazirlər Kabineti iki ay müddətində “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna uyğun olaraq, gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnaməni, altı ay müddətində isə hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydasını müəyyən edərək Azərbaycan Prezidentinə məlumat verməlidir.
"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO
Taksi qiymətləri yaxın perspektivdə ucuzlaşacaq? - AÇIQLAMA
Yeni yol layihələri Bakıda nəqliyyat sıxlığını azalda biləcəkmi? – AÇIQLAMA
İmtahanda maksimum nəticə toplayanların ADLARI
Bakıda iş saatları nə vaxtdan dəyişəcək? - YENİ AÇIQLAMA
Kartlardan silinən pullar geri qayıdacaq?
"Yol bərbad gündədir" - Sakinlər çətin vəziyyətdə - VİDEO
Pulun 3 faizini ödə, sənədsiz evə çıxarış al - Deputatın bu təklifi ilə...
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı










