Pulsuz Wi-Fi-dən belə istifadə edin, yoxsa... — XƏBƏRDARLIQ

Sosial 10 Aprel 2026 23:51
Pulsuz Wi-Fi-dən belə istifadə edin, yoxsa... — XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Restoran və digər ictimai yerlərdə açıq Wi-Fi şəbəkələrindən istifadə rahat görünsə də, müəyyən kibertəhlükəsizlik riskləri daşıya bilər. Əsas sual isə ondan ibarətdir ki, bu şəbəkələr vasitəsilə şəxsi məlumatların ələ keçirilməsi və ya kiberdələduzluq halları nə dərəcədə mümkündür. Bu risklər düzgün qorunma tədbirləri olmadan istifadə zamanı daha da arta bilər. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov bildirib ki, risk həmişə var, amma bu o demək deyil ki, restoran Wi-Fi-ı hər zaman təhlükəlidir. “Müasir internetdə bir çox sayt və tətbiq şifrələmə istifadə etdiyi üçün sadə istifadə zamanı risk əvvəlki illərlə müqayisədə azalıb. Lakin saxta Wi-Fi şəbəkələri, trafikin izlənməsi, oğurlanmış giriş məlumatları və “man-in-the-middle” tipli hücumlar hələ də real təhlükə olaraq qalır. Ən əsas riskləri ümumiləşdirsək, bunlara bəzi hallar aiddir. İstifadəçi yanlışlıqla restoran əvəzinə saxta hotspot-a qoşula bilər. Zəif qorunan və ya şifrələnməyən bağlantıda məlumat axını izlənilə bilər, giriş məlumatları, xüsusilə həssas hesablar risk altına düşə bilər və açıq şəbəkələrdə cihazların digər kiber hücumlara məruz qalma ehtimalı artır”.

Ekspert bildirib ki, bu kimi risklər xüsusilə bank hesablarına giriş, kart məlumatlarının daxil edilməsi, iş e-poçtları və korporativ sistemlərə giriş, eləcə də vacib sənədlərin göndərilməsi zamanı daha ciddi xarakter alır.

“CISA mobil şəbəkələrin ümumiyyətlə ictimai Wi-Fi-dan daha təhlükəsiz olduğunu vurğulayır. NCSC isə ictimai Wi-Fi-dan yalnız sadə baxış üçün istifadə etməyi, həssas girişlər zamanı isə VPN tətbiq etməyi tövsiyə edir. Əslində isə sadə təhlükəsizlik qaydalarına əməl etməklə riskləri minimuma endirmək mümkündür. Mümkün olduqda mobil internetdən istifadə etmək, yalnız düzgün şəbəkə adını işçi və ya personaldan dəqiqləşdirmək, yalnız HTTPS saytlarına daxil olmaq, həssas əməliyyatlar üçün VPN istifadə etmək, iki faktorlu autentifikasiyanı aktiv saxlamaq, avtomatik qoşulma, fayl paylaşımı və oxşar funksiyaları söndürmək, cihaz və tətbiqləri mütəmadi yeniləmək bunlara aiddir. Bu qaydalara əməl edildikdə ictimai Wi-Fi istifadəsi ciddi problem yaratmır”.

Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh