Qara Qarayev prospektində həll olunmayan yol problemi - ŞİKAYƏT - FOTO - VİDEO

Bakının Nizami rayonu, Qara Qarayev prospektində yolun yararsız hala düşməsi sakinlərin narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a şikayət daxil olub. Qeyd olunub ki, uzun müddətdir ki, metronun "Xalqlar Dostluğu" stansiyasının çıxışında olan bu yol baxımsız vəziyyətdədir.
Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi

"8-ci kilometr qəsəbəsi, Qara Qarayev prospekti 706 ünvanında yaşayırıq. Həyətimizə gələn yolun asfalt örtüyü dağılıb. Yağışlı günlərdə həyətlərə girib-çıxmaq mümkün olmur, avtomobillərə ziyan dəyir. Bundan əlavə, əsas problemlərdən biri də kanalizasiya sularının ətrafa yayılmasıdır. Aidiyyəti üzrə neçə dəfə müraciət də etmişik, amma baxan, problemi həll edən yoxdur", - deyə şikayətdə bildirilir.
Nizami Rayonu İcra Hakimiyyətindən bildirildi ki, sözügedən ünvanında yolların təmir edilməsi üçün müvafiq qurumlara müraciət olunub:
"Məlumat üçün bildiririk ki, şəhərimizin estetik görünüşünün yaxşılaşdırılması, eyni zamanda, sakinlərimizin mənzil başına daha rahat və təhlükəsiz çatmasının təmin edilməsi məqsədilə rayon ərazisindəki məhəllədaxili yollarda mərhələli şəkildə təmir-bərpa işləri həyata keçirilir. Görülən işlər çərçivəsində uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüş köhnə asfalt örtüyünün yenisi ilə əvəzlənməsi, yağış sularının kənarlaşdırılması üçün drenaj sistemlərinin quraşdırılması, həmçinin piyadaların hərəkət intensivliyi nəzərə alınaraq piyada yollarının genişləndirilməsi və səki daşlarının yenilənməsi işləri icra olunur. Qara Qarayev prospektindəki qeyd edilən məhəllədaxili yolların da təmiri planlaşdırılıb".
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, sözügedən ünvanda tullantı su xəttində yaranan problem artıq öz həllini tapıb:
"Ərazidəki tullantı su xəttində tutulma baş verib. Ötən gün əraziyə Nizami rayon Sukanal İdarəsinin qəza briqadası cəlb edilərək xəttin fəaliyyəti bərpa edilib. Məlumat üçün qeyd edək ki, tullantı su xətlərinin tutulmasına əsas səbəb vətəndaşların vaxtaşırı xətlərə məişət tullantılarını atmaları olur. Sakinlərdən xahiş olunur ki, kanalizasiya şəbəkəsinə tullantı suyundən kənar əşyalar (salfet, yağ qalıqları və s.) atmasınlar".
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










