Rayonlarda kommunal xidmətlər uzuclaşa bilər? - VACİB AÇIQLAMA

"Rayonlardan Bakıya axının qarşısını almaq və məşğulluğu artırmaq üçün ilk növbədə iş yerlərinin yaradılması vacibdir. İnsanlar yalnız işlədikləri təqdirdə vergi ödəmə imkanına malik olurlar. Eyni zamanda kommunal xidmətlərin ucuzlaşması da buna öz töhfəsini verə bilər".
Yol polisi sərnişindaşıma ilə bağlı Biləsuvarda reyd keçirdi - Qayda pozanlar cərimələndi - FOTO
Avtosfer.az xəbər verir ki, bu sözləri “Baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.
AQC sədri əlavə edib ki, hazırda regionlarda yeni iş yerlərinin açılması daha çox zərurət kimi hiss olunur:
"Bu baxımdan, işğaldan azad olunmuş ərazilərdə və Azərbaycanın ucqar rayonlarında xüsusi təşviq proqramlarının həyata keçirilməsi məqsədəuyğundur. Məsələn, rayonlarda əmək haqlarına əlavələrin tətbiqi və işləyən vətəndaşlar üçün vergilərin azaldılması həm sahibkarlığı stimullaşdıra, həm də işə cəlb etmə prosesini asanlaşdıra bilər. Hazırda bölgələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün təşkilatlar Bakı və Abşeron yarımadasına nisbətən daha aşağı vergi faizləri ilə işləyirlər və bu, regionların inkişafına verilmiş dəstəkdir. Eyni zamanda, rayonlarda Əmək birjalarının və iş yarmarkalarının təşkili də vacibdir. Bilirsiniz ki, məşğulluq idarəsi Bakıdakı müxtəlif rayonlarda bu tip yarmarkalar keçirir. Analoji tədbirlərin Azərbaycanın kənd rayonlarında keçirilməsi məqsədəuyğun olardı. Belə yarmarkalar vasitəsilə yerli iş yerləri müəyyən edilə və vətəndaşların məşğulluğu təmin oluna bilər".
Vüqar Oruc vurğulayıb ki, hazırda urbanizasiya yüksək səviyyədədir, buna görə də iş axtaranların Bakıya üz tutması, kirayə mənzil əldə etməsi və şəhərin yüklənməsi ciddi problemdir:
"Dünyada da bu proses müşahidə olunur – əhali şəhərlərə üz tutur, kəndlər boşalır. Lakin Azərbaycan həm də kənd təsərrüfatı ölkəsi olduğundan burada böyük potensial mövcuddur. Rayonlarda turizmin inkişafı üçün də yerli əhalinin işlərə cəlb olunması vacibdir. Hökumətin bu istiqamətdə xüsusi proqramlar işləməsi zəruridir. Əgər rayonlar və kəndlər boşalarsa, həmin bölgələrdə turizm inkişaf edə bilməz və mərkəzdən asılı olmayan bölgələr formalaşa bilməz. Bu səbəbdən yeni iş yerlərinin yaradılması, kommunal xidmətlərin ucuzlaşması, əmək haqlarına əlavələrin olunması və vergilərin azaldılması regionlarda yaşayan vətəndaşları təşviq edə bilər ki, onlar öz yaşayış yerlərini tərk etməsinlər və Bakıya üz tutmasınlar".
Veteran pulu ARTIRILACAQ?
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI
Süni intellektlə saxta materiallar hazırlayıb YAYANLARIN NƏZƏRİNƏ - VİDEO
Sel Ağdam və Ağcabədi kəndlərini birləşdirən yolu dağıtdı; nəqliyyat əlaqəsi kəsildi - FOTO
Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO
Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO
Bakı sakinlərinə ŞAD XƏBƏR – 22 il sonra ilk yaşanır
"Xırdalandan keçib evə çatmaq mümkün deyil" - QHT sədri








