Yol polisi sərnişindaşıma ilə bağlı Biləsuvarda reyd keçirdi - Qayda pozanlar cərimələndi - FOTO

Sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsinə, bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin artırılması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən profilaktik tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbir zamanı sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki vəziyyəti, normadan artıq sayda oturacaqların quraşdırılması, sürücülərin müvafiq kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, onların tibbi müayinədən keçməsi və digər normativ tələblər yoxlanılıb. Sürücülərlə profilaktik söhbətlər aparılıb və hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyələr verilib. Sadalanan qayda pozuntularına yol verən şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












