Sosial mediada itən sağlamlıq – Təhlükələr nələrdir?

Son illərdə insanların gündəlik həyatında sosial şəbəkələrin rolu əhəmiyyətli dərəcədə artıb. Bir çox insan günün böyük hissəsini telefon və internet üzərindən keçirir.
Bəs bu vərdiş fiziki və psixoloji sağlamlığa necə təsir göstərir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, sosial şəbəkələrdə həddindən artıq vaxt keçirmək ilk növbədə fiziki sağlamlıq üçün risk yaradır.
Onun sözlərinə görə, uzun müddət oturaq vəziyyətdə qalmaq insanlarda hərəkətsiz həyat tərzinin formalaşmasına səbəb olur:
“Bu, birbaşa qan-damar sisteminə təsir edir, limfa sisteminin fəaliyyətini zəiflədir. Halbuki qan-damar sistemi bütün orqanların, o cümlədən beynin qidalanmasında mühüm rol oynayır. Hərəkətsizlik nəticəsində orqanizmdə passivlik yaranır və bu da müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradır”.
Həkim qeyd edib ki, müasir dövrdə insanların alış-veriş də daxil olmaqla bir çox gündəlik fəaliyyətlərini onlayn şəkildə həyata keçirməsi fiziki aktivliyin daha da azalmasına səbəb olur.
Günay Lətifova sosial şəbəkələrin psixoloji təsirlərinə də diqqət çəkib. Onun sözlərinə görə, gün ərzində oyaq vaxtın böyük hissəsini sosial mediada keçirən şəxslərdə ciddi psixoloji problemlər yarana bilər:
“Belə insanlar zamanla real həyatdan uzaqlaşaraq həyatlarının sosial şəbəkələr üzərində qurulduğunu düşünməyə başlayırlar. Digər insanların paylaşdıqları həyat tərzinə baxaraq özlərini onlarla müqayisə edir, qibtə hissi keçirirlər. Halbuki sosial şəbəkələrdə göstərilən həyat çox vaxt reallığı əks etdirmir”.
Mütəxəssis bildirib ki, bu cür müqayisələr insanlarda özünə inamsızlıq, yetərsizlik hissi və psixoloji gərginlik yaradır:
“Nəticədə bu vəziyyət stressin artmasına, emosional zəifliyə və hətta ailədaxili problemlərə səbəb ola bilər. Təəssüf ki, bəzi hallarda bu təsirlər ailələrin dağılmasına qədər gedib çıxır”.
Həkim vurğulayıb ki, sosial şəbəkələrdən düzgün və balanslı istifadə edildiyi halda onların faydası da var. Lakin nəzarətsiz və həddindən artıq istifadə həm fiziki, həm də psixoloji sağlamlıq üçün ciddi risklər yaradır.
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












