Univeristetlər üçün qəbul imtahanları arzulanan səviyyədə deyil - TƏHSİL EKSPERTİ

Müasir dövrdə təhsil sistemi cəmiyyətin inkişafında mühüm rol oynayır və bu sistemin əsas hissələrindən biri də qiymətləndirmə, yəni imtahan mexanizmidir. Xüsusilə ümumi təhsil pilləsində tətbiq olunan imtahanlar şagirdlərin bilik və bacarıqlarının ölçülməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu baxımdan imtahan sisteminin nə dərəcədə effektiv olması və onun təkmilləşdirilməsi məsələsi daim аktual mövzulardan biri kimi müzakirə olunur.
Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, istər beynəlxalq təcrübə ilə müqayisədə, istərsə də ümumi ictimaiyyət tərəfindən ifadə olunan narazılıqları nəzərə alsaq, bu sahədə müəyyən problemlərin olduğu aydın görünür:

“Dünya ölkələrinin təcrübəsinə diqqət yetirdikdə görürük ki, əksər hallarda 5–6 fənn üzrə və ya çoxmərhələli, çətin formatda qəbul imtahanlarının keçirilməsi geniş yayılmayıb. Bizdə isə buraxılış imtahanı, daha sonra blok imtahanlarının birinci və ikinci cəhdi, bəzi hallarda isə əlavə olaraq qabiliyyət imtahanları tətbiq olunur. Bundan başqa, tədrisi xarici dildə olan şagirdlər üçün əlavə imtahanlar da keçirilir. Bu isə istər-istəməz şagirdlərdə yorğunluq yaradır və onları çətin vəziyyətə salır. Eyni zamanda mart ayında keçirilən buraxılış imtahanından sonra şagirdlərin məktəbə davamiyyəti zəifləyir və tədris prosesinə cəlb olunmasında problemlər yaranır. Bu kimi halların qarşısını almaq üçün imtahanların daha optimal şəkildə təşkil olunmasına ehtiyac var. Məsələn, may–iyun aylarında vahid imtahanın keçirilməsi müəyyən qədər daha səmərəli ola bilər. Digər tərəfdən, imtahan prosesinin uzun müddət davam etməsi də əlavə çətinliklər yaradır. Proses mart ayından başlayaraq avqust ayına qədər davam edir, nəticələrin yoxlanılması və apellyasiya mərhələləri isə əlavə vaxt tələb edir. Bu isə həm şagirdlər, həm də imtahanı təşkil edən qurum üçün ciddi yük yaradır. İmtahan fənlərinin sayının çoxluğu da diqqət çəkən məqamlardandır. Buraxılış imtahanlarında üç fənn, blok imtahanlarında isə üç və ya bəzi hallarda dörd fənn üzrə imtahan verilməsi şagirdlərin üzərinə əlavə yük qoyur. Xüsusilə alt qruplar üzrə imtahan verən abituriyentlər üçün bu yük daha da artır. Bütün bu amillər göstərir ki, mövcud imtahan sistemində müəyyən dəyişikliklərin edilməsi zəruridir”.
Nurcan Babək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












