Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?

Dizel və benzinin qiymətinin qalxması ictimai nəqliyyatda və taksi xidmətlərində dərhal tarif artımı olacağı anlamına gəlmir. Daşıyıcılar və operatorlar qiymətləri yüksəltmədən də artan xərcləri kompensasiya edə bilərlər. Bunun üçün effektiv idarəetmə, texnoloji həllər, yanacaq səmərəliliyinin artırılması və marşrutların optimallaşdırılması kimi alternativ yollar mövcuddur.
Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov yanacaq qiymətlərindəki artımın mümkün təsirlərindən danışarkən deyib.
Xətaidə “Prius” sürücüsü qoçuluq edib yol kəsir – 77-TL-980 - VİDEO
“Rəqəmsal planlama sistemlərindən istifadə, hibrid və elektrik avtobusların tətbiqi uzunmüddətli perspektivdə yanacaq xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Bu il ərzində ictimai nəqliyyatda avtobus seqmenti üzrə “brutto müqavilə” mexanizminin tətbiqi nəzərdə tutulur və artıq bununla bağlı hazırlıqlar gedir. Bu mexanizm çərçivəsində dövlət ictimai nəqliyyatı subsidiyalaşdıracaq.Məhz bu səbəbdən tariflərin kəskin şəkildə bahalaşacağını real hesab etmirəm”, - o bildirib.
Eldəniz Cəfərov qeyd edib ki, taksi qiymətləri onsuz da dinamik və dəyişən xarakter daşıyır:
“Tariflər sutkanın saatlarına, hava şəraitinə və tələbat səviyyəsinə görə formalaşır. Bu baxımdan yanacaq qiymətindəki artımın avtomatik olaraq taksi xidmətlərində bahalaşmaya səbəb olacağını demək düzgün deyil. Daşıyıcılar texnoloji yeniliklər və əlavə gəlir mənbələri hesabına xərcləri optimallaşdıraraq qiymət artımına getmədən fəaliyyətlərini davam etdirə bilərlər”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












