Yeni COVID dalğası qapıdadır? - Yeni ştammla bağlı qorxudan xəbər

Yeni COVID-19 variantı BA.3.2-nin dünyada yayılmaqda davam etdiyi və mövcud immuniteti daha asan aşa bildiyi iddia edilir.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, ağciyər xəstəlikləri üzrə mütəxəssis, türkiyəli professor Şevket Özkaya bildirib ki, “cırcırama” adlandırılan yeni COVID-19 variantı ABŞ və Avropada yayılmağa başlayıb. Onun sözlərinə görə, bu variant çoxsaylı mutasiyalara malikdir və əvvəlki yoluxma və ya vaksinasiya nəticəsində formalaşmış immun müdafiəni daha asan aşa bilər.
Mütəxəssis qeyd edib ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, BA.3.2 variantı azı 25 ştatda aşkarlanıb. O bildirib ki, ümumi yoluxma göstəriciləri hazırda aşağı səviyyədə qalsa da, bu variant dünya üzrə yayılmasını davam etdirir və xüsusilə ötən payızdan etibarən bir sıra ölkələrdə daha sürətlə yayılmağa başlayıb.
Professorun sözlərinə görə, BA.3.2 ilk dəfə 2024-cü ilin noyabrında Cənubi Afrikada aşkar edilib. Bu variant Omicron ailəsinə aid BA.3 altvariantının davamı hesab olunur.
2024-cü il ərzində digər variantların kölgəsində qalan BA.3.2 səssiz şəkildə yayılıb və ötən ilin sentyabrından sonra daha nəzərəçarpan olub.
Özkaya bildirib ki, bu variantı digərlərindən fərqləndirən əsas cəhət sünbül zülalında baş verən çoxsaylı genetik dəyişikliklərdir. Bu dəyişikliklər virusun immun sistemi tərəfindən fərqli tanınmasına səbəb ola bilər və əvvəlki yoluxma və ya peyvəndlə qazanılmış qorumanı zəiflətmək potensialına malikdir.
Mütəxəssis əlavə edib ki, hazırkı məlumatlara əsasən, BA.3.2-nin daha ağır xəstəliyə səbəb olduğuna dair sübut yoxdur. Onun sözlərinə görə, bu variantın geniş yayıldığı ölkələrdə ağırlaşma və ya xəstəxanaya yerləşdirmə hallarında ciddi artım müşahidə olunmayıb.
Verilən məlumata görə, 2026-cı il fevralın 11-dək BA.3.2 variantı ən azı 23 ölkədə qeydə alınıb. Bəzi Avropa ölkələrində yayılma daha yüksəkdir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












