Bakıda bu yoldan keçmək təhlükəlidir - FOTO

Bakıda daha bir ərazidə yolda deşik yaranıb. Avtosfer.az Baku.ws*' istinadən xəbər verir ki, Bakının Biləcəri qəsəbəsində, Asəf Zeynallı küçəsində yolun ortasında qoyulan quyunun kənarı deşilib. Bu da ətrafda olan insanlar üçün ölüm təhlükəsi yaradır.
"Piyadalar üçün nəzərdə tutulan səkidir. Ətrafında mağazalar var. Üzbəüz 15 saylı poliklinikadır. Hər gün ordan xəstələr keçirlər. Bir neçə dəfə insanlar həmin yerə düşüb xəsarət alıblar. Hətta ayağı sınan da olub. Dəfələrlə lazımı orqanlara deyilsə də, nəticə olmayıb", - deyə şikayətdə bildirilib.
Sakinlər bildiriblər ki, həmin quyu kanalizasiya quyusudur.
Məsələ ilə əlaqədar aidiyyatı quruma məlumat verildi. Ümid edirik ki, Bakıda daha bir insan quyuya düşüb, həyatını itirməyənə qədər problem həll edilər.
Xatırladaq ki, iyunun 26-da 27 yaşlı Cümşüd Cümşüdlü Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşmüşdü. Onun nəşi 2 gün sonra tapıldı.
![]()
![]()
![]()
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










