Sakinlər 206 saylı avtobusdan ŞİKAYƏTÇİDİR: "141"ə zəng etməkdən bezmişik

Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakinləri 206 nömrəli müntəzəm marşrut xətti ilə işləyən avtobusların acınacaqlı vəziyyətindən narazıdırlar.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Oxu.az-a şikayət ünvanlayan sakin qeyd edib ki, bu xətdəki avtobusların çoxu istismara yararsızdır.
"Avtobuslarda oturacaqlar belə yoxdur. "141"ə zəng etməkdən bezmişik. Amma çarə edən yoxdur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirildi ki, Lökbatan qəsəbəsindən metronun "Elmlər Akademiyası" stansiyası və əks istiqamətdə fəaliyyət göstərən 206 nömrəli müntəzəm marşrut xətti üzrə qrafik üzrə səkkiz avtobus 10-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.
"Avtobusların azlığı və nizamlı fəaliyyətin olmaması səbəbindən 206 nömrəli marşrut xətti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müsabiqəyə təqdim olunub", - deyə məlumatda vurğulanır.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











