Yeni rəis müavini kimdir? - DOSYE

Yaşar Əməşov Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsindən azad olunaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin edilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, 50 yaşlı Y.Əməşov 1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004–2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb.
1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib. 1998–2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib.
2000–2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004–2006-cı illərdə böyük məsləhətçisi, 2006–2007-ci illərdə baş məsləhətçisi, 2007–2008-ci illərdə sektor müdiri, 2008–2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib.
2018–2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub.
2019–2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.
3-cü dərəcə dövlət müşaviridir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












