Reklam

Yol polisindən piyadalara qarşı sərt addım – Əmlaka həbs qoyulacaq

Yazarlar 16 Yanvar 2017 15:39 Oxunub 4801
Yol polisindən piyadalara qarşı sərt addım – Əmlaka həbs qoyulacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP cərimə ödəməyən piyadalarla bağlı materialları məhkəmələrə göndərib

DİN Baş Dövlət Yol Polisi İdarəsi cərimələri vaxtında ödəməyən piyadalarla bağlı sərt addım atıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, DYP yazılmış protokollar üzrə aylarla cərimə ödəməyən piyadalarla bağlı materialları aidiyyatı üzrə rayon məhkəmələrinə göndərib. Məhkəmələr tərəfindən həmin işlərə baxıldıqdan sonra icraçılar cərimələrin ödənilməsini təmin edəcək. Bunun üçün icra məmurları piyadaların yaşadığı ünvanlara gələcək. İlk növbədə cərimənin ödənilməsi tələb olunacaq. Bunu etməyən piyadanın hər hansı əmlkaına həbs qoyulacaq. Ola bilər ki, cəriməni ödəməyən piyadanın mobil telefonu, hansısa qiymətli ev əşyası məhkəmə icraçıları tərəfindən müsadirə edilərək hərraca çıxarılsın.

Baş Dövlət Yol Polisi İdarəsindən piyadalarla bağlı materialların məhkəmələrə göndərilməsi xəbərini Avtosfer.az-a təsdiq ediblər. Bildirilib ki, aparılan təhlillərə əsasən, illərlə cərimə ödəməyən piyadalar var. Hətta elələri var ki, il ərzində 6-7 dəfə qayda pozaraq cərimə olunsa da, cəriməni ödəməyib. Bütün bunları nəzərə alan DYP həmin şəxslərlə bağlı materialları məhkəmələrə göndərib. Gələcəkdə isə başqa addımların da atılacağı gözlənilir. Məsələn, cəriməni 3 aydan artıq ödəməyən piyada ölkəni tərk edə bilməyəcək. Cərimələr onların maaşından tutulacaq və ya banklardan kredit götürə bilməyəcəklər. Hazırda bu istiqamətdə müxtəlif mexanizmlər hazırlanır. 

Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı cərimə məbləği 20 manatdır. Bu cərimə 3 ay ərzində ödənilmədikdə üzərinə faiz hesablanır və 32 manat təşkil edir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh