Yol var, amma getmək olmur - Problem nə vaxt həll olunacaq? – FOTO

Bu kəndin yolları sakinlərin başlıca qayğısıdır. Yol abadlıq, yol rahatlıq, yol firavanlıq deməkdir. Lakin uzun illərdir ki, Şəkinin Orta Zəyzid kənd sakinləri yol qayğısı ilə yaşayır. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu yol Şəki-Oğuz avtomobil yolundan 3 km məsafədə yerləşir. Kənd bütün infrastruktura malikdir. Belə ki, Şəki- Baş Zəyzid yolu bir neçə il əvvəl yenidən qurulub. Orta Zəyzidə ayrılan istiqamətdən başlayaraq kəndin mərkəzi daxil 2 km-lik yollar sovetlərdən qalmadır. Sakinlərin sözlərinə görə keçmiş illərdə kəndin daxili yolları asfaltlanaraq abadlaşdırılbmış. Əfsuslar olsun ki, ötən müddətdə sel-suları, digər tərəfdən aşınmalar asfalt qatının dağılmasına səbəb olub.

Sakinlər bir neçə il əvvəl Baş Zəyzid kəndinə yol çəkilən zaman onların da kəndinin giriş hissəsinə asfalt töküləndə seviniblər. Lakin cəmi bir neçə yüz metr asfatlandıqdan sonra işlər dayandırılıb. Məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciət edilib, amma problemin həlli istiqamətində heç bir dəyişiklik olmayıb. Kənd bələdiyyəsi də məsələdən narahatlığını ifadə edib. Son vəziyyətə gəldikdə isə bələdiyyədən bildirilib ki, yaz aylarından başlayaraq yağan yağışlar yolların yenidən dağılmasına, çala-çuxurların artmasına səbəb olub.

Digər tərəfdən dağlardan, dərələrdən gələn suyun əksəri həmin yolun sağ və solundan keçdiyindən özü ilə gətirdiyi qum qatı, çinqıl-daş yolları daha da bərbəd vəziyyətə salıb. Sözügedən məsələ ilə bağlı bələdiyyə rəhbəri yaxın günlərdə rayon yol istismar idarəsi tərəfindən yolda hamarlama işlərinin aparılacağını, sonradan isə asfalt olan hissələrdə bərpa işlərinin həyata keçiriləcəyini qeyd edib.

“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti












