Avtobusu "ikitəkər" sürən sürücü işdən qovuldu - FOTO

Bakıda daha bir sərnişin avtobusunun sürücüsü özbaşınalıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Bir sıra kütləvi informasiya vasitələrində avtobus sürücüsünün sərnişinlərin həyatı ilə necə risk etdiyini əks etdirən fotolar yayılıb. Yayılan fotoda göstərilir ki, 24 saylı sərnişin avtobusu içərisi dolu adamla birlikdə “şou” göstərir. Sürücü avtobusu yolun kənarında, hündür əraziyə qaldırıb. Beləliklə də, sürücü içərisi sərnişin dolu avtobusu "ikitəkər" sürür. Fotodan görünür ki, sürücü avtobusu elə vəziyyətdə sürür ki, maşın az qalır aşsın.
Məsələ ilə əlaqədar avtobusun sahibkarı ilə əlaqə saxladıq. Sahibkar Araz Mütəllibovun verdiyi məlumata görə, hadisə barədə məlumatı yoxdur. “Hazırda xəstəxanadayam. Bu barədə xəbərim yoxdur. Araşdıracağam və sürücü barədə tədbir görəcəyəm”, - deyə Araz Mütəllibov bildirib.
Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyinin tabeliyində olan Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdiri Elçin Nəsirovun anspress-ə verdiyi məlumata görə, bu barədə artıq məlumatları var. “Mənə o fotonu göndəriblər. Hazırda həmin saatda avtobusu idarə edən sürücünün tapılması istiqamətində araşdırma aparılır. Sürücü xətdən kənarlaşdırılacaq və bir də avtobus idarə etməyə buraxılmayacaq”, - deyə Elçin Nəsirov bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












