Avtomobili başqasına həvalə edənlər bu yenilikdən xəbərdar olsun!

Azərbaycanda nəqliyyat vasitəsinin dövlət qeydiyyatını həyata keçirən hüquqi şəxslər avtomobilini həvalə etdiyi şəxslə bağlı müvafiq məlumatları qeydiyyatı həyata keçirən orqana təqdim etməli olacaqlar. Milli Məclisdən verilən məlumata görə, “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə təklif olunan əlavəyəəsasən, eyni zamanda fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və elektron ünvanını təqdim etməlidirlər. Maddəyəəlavə olunan VI-I hissədə deyilir ki, qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və elektron ünvanını, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları üç gün ərzində yeniləməlidirlər. Bu məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınmayacaq. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internetlə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin edəcək.
Qeyd edək ki, 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitəsi budur: hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları. Maddəyə edilən digər əlavəyə görə isə yuxarıda nəzərdə tutulan nəqliyyat vasitələrini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyəçıxarılacaq.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












