Avtomobillərin sürətinin radarlarla ölçülməsi işində mühüm yeniliklər - ÖZƏL

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov üç gün öncə qüvvəyə minən «Yol hərəkəti haqqında» qanuna edilmiş dəyişikliklərlə bağlı maraqlı fikirlər açıqlayıb. Hüquqşünas avtosfer.az saytına bildirib ki, həmin yeniliklər avtomobillərin sürətinin radarlarla ölçülməsi işində çox mühüm yenilik etdi: «Yeniliklər bunlardır:
1. Həmin Qanun qüvvəyə mindiyi gündən istisnasız olaraq bütün radarlar DYP-nin mərkəzi məlumat bazasına inteqrasiya olunmalıdır. Yəni istənilən radarın qeydə aldığı məlumat on-line rejimdə mərkəzi məlumat bazasına ötürülməlidir. Deməli, mərkəzi məlumat bazasına inteqrasiya olummamış radarlardan istifadə oluna bilməz.
2. Radarın qeydə aldığı qayda pozuntusuna (sürət rejimini pozmaya) görə heç bir sürücü pozuntunu törətdiyi yerdə, yaxud DYP postunda saxlanılaraq protokol tərtib oluna bilməz (sürət rejiminin 10-20 km/saat pozulması istisna olmaqla). Qanun DYP-yə bunu qadağan edib. Protokol elektron qaydada tərtib olunaraq sürücüyə göndərilməlidir.
3. Radarın qeydə aldığı qayda pozuntusuna (sürət rejimini pozmaya) görə heç bir sürücü DYP orqanına da dəvət oluna bilməz, Qanun bunu da qadağan etib.
Amma sürət rejiminin 10-20 km/saat pozulması hallarında (İXM-in 151-1.1-ci maddəsi) hələlik əvvəlki qaydada məsuliyyətə cəlb etmə qalır. Yəni belə halda DYP əməkdaşı yenə də sürücünü yerində və ya postda saxlayaraq protokol yaza bilər. BU köhnə qayda sürücülərin qayda pozuntuları barədə SMS-lə məlumatlandırılması sistemi işə düşənədək qalacaq.
Lakin sürət rüjiminin 10-20 km/saat pozulması da mərkəzi məlumat bazasına inteqrasiya olummamış radarlarla qeydə alınmalıdır (əslində radar eynidir, sadəcə 10-20 km/saat aşma olanda yerində də sənədləşmə mümkündür, sürət daha çox aşıldıqda isə yalnız elektron protokol ola bilər)
Bu yeniliklə bağlı sürücülər çox diqqətli olmalıdırlar. Çünki sürət rejimini 20 km/saat-dan artıq aşanda sürücünü yolda, hətta ənənəvi olaraq DYP postlarında heç kəs saxlamayacaq. Bəziləri elə düşünəcək ki, ya radar işləmir, ya da radar çəkmədi. Amma görəcəksiniz ki, 10-15 gündən sonra bildirişlər gəlir.
Hörmətli sürücülər, ona görə də çox diqqətli olun, sürət rejimini pozmayın. Pozacağınız halda məsuliyyət qaçılmaz olacaq. Bu, həm də təhlükəlidir.
Seymur
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI
Azərbaycanda avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq: Baş nazirdən QƏRAR
2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı vacib açıqlama
Ağdam–Xankəndi dəmir yolu və Füzuli–Xocavənd avtomobil yolunun inşasında SON DURUM - VİDEO












