Axır ki, bu yol düzələcək

Bir neçə ildir ki təmir işləri gedən və hələ də davam edən Ziya Bünyadov prospektində artıq asfalt-beton örtüyünün sonuncu üst qatının döşənməsinə başlanılıb. Avtosfer.az-ın məlumatına görə, yolda uzun müddətdirki sel sularının yığılıb, qalması nəticəsində yolun asfalt qatı sıradan çıxıb. Bunu nəzərə alaraq sözügedən ərazidə asfalt-beton qatının yenilənməsi işləri aparılır. Artıq sonuncu aşınma qatı vurulur. İşlərin sürətlə aparılması və yolun bütün eni boyu üst örtüyünün döşənməsi üçün eyni vaxtda 4 asfalt döşəyən maşınlar cəlb olunub.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, bu prospekt şimaldan girişi təmin edəcəyi üçün çox əhəmiyyətlidir. Həmçinin o prospektdə 4 piyada keçidinin olduğunu da dedi. Paralel olaraq səki daşlarının düzülməsi və işıq dirəklərinin quraşdırılması işləri də aparılır. Əgər hava şəraiti imkan verərəsə, o zaman asfalt-beton örtüyünün üst qatının döşənməsi işlərinin təxminən 10 gün müddətində yekunlaşması gözlənilir. Prospektdə isə bütün işlərin tam olaraq, bu ilin noyabr ayının ilk 10 günlüyünə qurtarması planlaşdırılır.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












