Azərbaycanda 75 yaşdan yuxarı şəxslərə sürücülük vəsiqəsi verilməlidir? – VİDEO

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində yollarda təhlükəsizliyi təmin etmək məqsədilə sürücülərlə bağlı müxtəlif məhudiyyətlər tətbiq edilir. Belə məhdudiyyətlər arasında sürücülərin yaşı, sağlamlığı və s. məsələlər ön plana çıxır.
Avtosfer.az xəbər verir ki, dünyada ilk dəfə 2 gün əvvəl Avropa Birliyi ölkələrində sürücülük vəsiqəsi əldə etməklə bağlı yaş senzinin yuxarı həddi müəyyənləşib.

Belə ki, Birliyə daxil olan ölkələrdə sürücülük hüququnun verilməsi ilə bağlı son yaş limiti 75 olaraq müəyyənləşib. Qərara müsbət yanaşanlar da oldu, tənqid edənlər də. Bəziləri 75 yaşdan yuxarı insanların yollarda müəyyən reflekslərinin azaldığını, qəza hadisələrindən yayınmaq üçün anlıq reaksiyalarının çox ləng olduğunu bildirərək qərarın doğru olduğunu müdafiə edib. Digər bir qisim isə bu qərarı Avropa insanının şəxsi azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirib.
Mövzunu şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bir çox avropa ölkələrində əvvəllər sürücülər 65-75 yaşı olarkən tibbi yoxlamalardan keçirdi və onlara 5 illik sürücülük hüququ verilirdi:

“Azərbaycanda da bu məsələ qanunla tənzimlənir. Sürücülər 70 yaşı olarkən tibbi müayinə ilə bağlı arayış gətirdikdə ona 2 il müddətinə sürücülük hüququ verilir. 2 ildən sonra yenidən tibbi arayış gətirdikdə bu hüququn müddətini artıra bilər. Azərbaycanda bu hal çox da təhlükəli hesab edilmir. Qanunvericiliyə görə şəxsin 60 yaşı tamamlandıqda sürücülük vəsiqəsinin müddəti 10 il olur. Deyək ki, sürücülük vəsiqəsinin müddəti 63 yaşında bitib, vətəndaş sürücülük vəsiqəsi almaq üçün yenidən müraciət edir, bu zaman həmin şəxsə 7 il müddətinə vəsiqə verilir, yəni 70 yaşına qədər. 70 yaşdan sonra artıq hər 2 ildən bir tibbi arayış gətirməlidir”.
Elməddin Muradlının mövzunu şərh etdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Azərbaycanın bütün bölgələrində dayanacaqlar yenilənir - Milyonlarla manat xərclənəcək
Yollarda həyat xilas edən yeni sistem: Zərbəni udur, qəza zamanı ölümdən qoruyur - VİDEO
Şəhid oğluna yüksək vəzifə VERİLDİ - FOTO
Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni stansiyalar...
General yüksək vəzifəyə təyin edildi
Generallar indi polkovnik rütbəsində işləyəcəklər - FOTO
Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik
Sürücülərə şad xəbər - AYNA bu ərazidə tıxacı azaldacaq yenilik edəcək - VİDEO
Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir
DSX generalı yeni vəzifəyə təyin edildi - FOTO











