Azərbaycanda avtomobil yolları ilə bağlı YENİ QƏRAR verildi

Nazirlər Kabineti "Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası"nı təsdiq edib. Avtosfer.az-ın Nazirlər Kabinetinə istinadən məlumatına görə, qayda “Avtomobil yolları haqqında” Azərbaycan RespublikasıQanununun 15-2-ci maddəsinə əsasən hazırlanmışdır və avtomobil yollarının perspektiv inkişafı üçün nəzərdə tutulmuş ehtiyat zonalarında (bundan sonra - ehtiyat zonaları) bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiqaydalarını müəyyən edir. Qaydaya əsasən ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğuların yerləşdirilməsinə yol verilir. Ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğular ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtiləyerləşdirilir.
Qaydalarda qeyd edilir ki, ehtiyat zonalarında kommunikasiyalar (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtiləyerləşdirilir. Ehtiyat zonalarında yeni kommunikasiyaların yerləşdirilməsinə və bu məqsəd üçün lazımi qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.
Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiərazi planlaşdırılmasına uyğun olmadıqda, razılaşdırmadanimtina edilir.
Razılaşdırmadan imtina edildikdə, ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.
Nurlan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












