Dəmir yolunda güzəştli bilet satışı təklifləri yaradılacaq

Yeniliklər 20 Avqust 2026 16:30
Dəmir yolunda güzəştli bilet satışı təklifləri yaradılacaq
WhatsApp kanalımıza abunə olun

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək.

Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Qeyd olunur ki, regionlarda əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin təkmilləşdirilməsi, habelə turist səfərlərinin təşkili və planlaşdırılmasını asanlaşdıran mexanizmlərin tətbiqi vasitəsilə regionlara turist axınının stimullaşdırılması nəzərdə tutulur.

Regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının (keyfiyyətli avtomobil, avtobus və dəmiryol əlaqəsi) artırılması, Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi, dəmiryol bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, turistlər üçün gündəlik, həftəlik, aylıq dəmiryol bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması, həmçinin regionlarda turizm informasiya xidmətinin genişləndirilməsi görüləcək tədbirlər arasında yer alıb.

Oxunub : 224
ŞƏRH YAZ
Ad

E-mail

Şərh