Azərbaycanda ilk dəfə uzaqdan idarə edilən maşınlar yarışdı - FOTOLAR

Azərbaycanda İlk dəfə olaraq «Radio Controlled CARS» çempionatı layihəsini həyata keçirilib. Bu layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinin qalibi olmuş Ülvi Adgözəlov tərəfindən reallaşdırılıb. Yarışma formatında baş tutmuş çempionatda əsas məqsəd iştirakçıların start nöqtəsindən çıxdıqdan sonra əvvəlcədən müəyyən olunmuş maneələri keçərək iki dəfə dövr edib, qısa zamanda finiş nöqtəsinə çatmaq olub. Çempionatın qalibləri kubok,medal və sertifikatla təltif olunub. Çempionatın qalibi isə Fəxri Əsədov olub. 2-ci Emin Cavadzadə, 3-cü Zaur Məmmədov tutub. İştirakçılar arasında on ən yaxşı nəticə göstərənlər sertifikatla mükafatlandırılıb. Layihədə 100-ə yaxın gənc iştirak edib. Gənclər arasında xüsusi marağa səbəb olan yarışmanın gələcəkdə də keçirilməsi qərara alınıb. Yarışda iştirak edən avtomobillər uzaqdan idarə edilən 1: 10 miqyasında oyuncaq avtomobillərdən istifadə edilib.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














