Azərbaycanda nə vaxtsa belə tramvaylar olacaq - VİDEO

Əvvəllər Azərbaycanın üç böyük şəhərində - Bakı, Sumqayıt və Gəncədə tramvaylar var idi. Bu rahat nəqliyyat vasitəsinə müvafiq qurumların diqqəti olmadığı üçün bir müddət sonra bərbad hala düşdü və vətəndaşlar da artıq sökülüb-tökülən tramvaylardan imtina etdilər. Nəticədə tramvayların ləğv edilməsi və xətlərin sökülməsi üçün zəmin yarandı. Halbuki, həmin xətləri təmir etmək, tramvayları isə daha müasir modellərlə əvəzləmək olardı. Dünyanın əksər şəhərlərində tramvaylar qaldığı halda, azərbaycanlı məmurlar ekoloji cəhətdən ziyansız olan bu nəqliyyat vasitələrinin fəaliyyətini uyğun görmədilər. Bəs ölkəmizdə tramvay xətləri yenidən bərpa olunacaqmı?
Avtosfer.az xəbər verir ki, Day.Az saytının əməkdaşı belə bir sualla Bakı, Sumqayıt və Gəncə şəhərlərinin icra hakimiyyətləri ilə əlaqə saxlayıb. Zəng etdiyi qurumlardan yalnız Gəncə İcra Hakimiyyətindən cavab almaq mümkün olub. Qurumdan bildiriblər ki, tramvay xətlərinin çəkilməsi üçün artıq Fransanın "ALSTOM" şirkəti ilə müqavilə də imzalanıb. Layihənin necə olacağını göstərən videoçarx da hazırlanıb. Həmin görüntüləri təqdim edirik.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












