Azərbaycanda velosiped zavodu tikilir - VİDEO

Ölkəmizdə ilk dəfə olaraq İsmayıllı rayonunda velosiped zavodu tikilir. Artıq rayonun Aşağıbaş kəndində 5 hektar ərazidə təməl qoyulma işlərinə başlanılıb. Respublika Velosiped Fedarasiyasının vitse-prezidenti Sahib Ələkbərov tikinti işlərinin Bolqarıstanın “Draq” zavodu ilə yerli şirkətlərin müştərək apardığını bildirib. 100 nəfər işçinin çalışacağı zavod istifadəyə verildikdən sonra il ərzində 30 min ədəd idman, uşaq velosipedi istehsal etmək gücünə malik olacaq (ANS). S.Ələkbərovun sözlərinə görə, ilin axırına zavodda əsas işlərin başa çatdırılması gözlənilir: “Gələn ildən etibarən Azərbaycan küçələrində, eyni zamanda dünyanın bir çox ölkələrində bu velosipedləri görmək mümkün olacaq”.
Zavodda velosipedlə yanaşı, əlil arabaları və müxtəlif uşaq arabaları da istehsal olunacaq. Zavodun təməlqoyma mərasiminə qatılan Avropa Velosiped Federasiyasının nümayəndəsi Roland Hofer zavod tikintisinin ölkəmizdə velosiped idmanının inkişafına böyük töhfə verəcəyini bildirib.
Qeyd edək ki, İsmayıllı rayonunda 6 km uzunluğunda velosiped zolağı salınması da nəzərdə tutulub. Bu yaxınlarda bir qrup gənc isə, təcrübə keçmək məqsədilə Bolqarıstan velosiped zavoduna ezam olunacaq.
Zavodun tikintisinin bu ilin sonuna kimi başa çatdırılması və istehsala başlanılması nəzərdə tutulub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












