Azərbaycanda yeni körpü tikilir - FOTO

Quba-Qonaqkənd avtomobil yolunun 35-cü, 36-cı km-də 2 yeni körpünün tikintisi başa çatdırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, körpülərin uzunluğu 30m, qabariti isə 9,5 metrdir. “Hazırda yolun 41-ci km-də yeni körpünün tikintisi işləri davam etdirilir. Uzunluğu 27,3m, qabariti 9,5m nəzərdə tutulan körpüdə 1-ci dayağın gövdəsinin tikintisi başa çatmaq üzrədir, 2-ci dayağın isə karkası qurulur. Yaxın həftə ərzində sözügedən dayağın betonlanma işlərinə başlanılacaq”, - deyə Pünhan Mürsəliyev bildirib. Yolun yenidənqurulması çərçivəsində əlavə 2 yeni körpünün tikintisi, 3 mövcud korpünün sökülərək yenisi ilə əvəzlənməsi planlaşdırılır.
Qeyd edək ki, Quba-Qonaqkənd avtomobil yolu 68000 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini özündə birləşdirir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















