Azərbaycanın ilk 4 mərtəbəli yolundan FOTOLAR

“Hazırda Bakıda Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində - "Xutor dairəsi"ndə yerləşən yol qovşağı kompleksinin tikintisi davam etdirilir və bu işlərin iyun-iyul aylarında başa çatdırılacağı gözlənilir”. ANS press-in verdiyi məlumata görə, bu sözləri həmin ərazidə tikinti işlərini həyata keçirən şirkətin sahə rəisi Mahir Göyüşov deyib. Onun sözlərinə görə, yol qovşağı kompleksinə 3 tunel, 1 yol ötürücüsü daxildir. “İki gediş, iki gəlişdən ibarət olacaq birinci tunelin uzunluğu 890 metr, eni isə 22 metr olacaq. Tunel vasitəsi ilə 3-cü mkr.bazarı adlanan ərazidən “Xutor dairəsi”nə daxil olmadan Ziya Bünyadov prospektinə nəqliyyat vasitələrinin hərəkəti təmin ediləcək. İki gedişdən ibarət olacaq ikinci tunelin ümumi uzunluğu 450 metr, eni isə 10,5 metr nəzərdə tutulub. Tunel vasitəsi ilə Abdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsinə daxil olmadan Ziya Bünyadov prospektinə nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq. İki gedişdən ibarət olacaq üçüncü tunelin uzunluğu 832 metr, eni isə 10,5 metr olması planlaşdırılır. Bu tunel vasitəsi ilə nəqliyyat vasitələri Ziya Bünyadov prospektindən “Xutor dairəsi”nə daxil olmadan Abdulvahab Salamzadə küçəsinə heç bir maneəsiz hərəkət edə biləcəklər”, - deyə sahə rəisi bildirib.
Qeyd edək ki, uzunluğu 634 metr, eni 12 metr olan yol qovşağı kompleksinə daxil olan yol ötürücü isə Ə.Salamzadə küçəsindən gələn nəqliyyat vasitələrinin Hüseynbala Əliyev və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətini təmin edəcək.
Xatırladaq ki, "Xutor dairəsi"ndə yerləşən yol qovşağı kompleksində Azərbaycanda ilk dəfə olaraq iki tunel üst-üstə inşa edilir. Tunelin yuxarısındakı yolu və Ə.Salamzadə küçəsindən gələn yol ötürücüsünü nəzərə alsaq, bu layihə 4 mərtəbəli layihə hesab edilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

























