"Azneft"dən Astara yoluna tunellə gedəcəyik

Hərəkət zamanı daha az vaxt sərf edilməsi məqsədilə Bakıda bir neçə tunelin qazılması təklif edilir. Bunu APA TV-yə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-də sədr müavini Vaqif Hacıyev bildirib. Onun sözlərinə görə, Neftçilər prospektindən "Azneft" dairəsindən 5 kilometr uzunluğunda tunel vasitəsi ilə Astara yoluna birbaşa çıxmaq təklif olunur. “Bu təklif Nəqliyyat Nazirliyi tərəfindən hökumətə təqdim edilib. Hökumət də öz növbəsində bununla bağlı məsləhətləşmələr aparır. Ümumiyyətlə, yol həm ağır, həm də bahalı işdir”.
Qurum rəsmisi əlavə edib ki, qeyd edilən istiqamətdə başqa bir variant isə “Beşmərtəbə” adlanan ərazidən tunellə gedərək, 7 kilometrdən sonra məqsədə çatmaqdır.“Burada əyri yollar, döngələr olmayacaq, düz yolla 3 dəqiqədən sonra o yola çıxmaq mümkün olacaq. Hökumət bunu “cibinə” baxıb həyata keçirir". Vaqif Hacıyev deyir ki, layihənin reallaşması üçün xeyli vəsait lazımdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












