Bakı Olimpiya stadionuna xüsusi piyada körpüsü tikilir

I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq Böyükşor gölü sahilində yeni tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel, 6 hərəkət zolaqlı yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, layihəyə uyğun olaraq 2 tunel, 2 körpü, 1 piyada tuneli və 1 piyada körpüsünün tikintisi nəzərdə tutulub. Təxminən işlərin 70 faizi yerinə yetirilən uzunluğu 276 m, qapalı hissəsi 58,5 m olan 1-ci tunelin və uzunluğu 205 m olan 1-ci körpünün, eləcə də uzunluğu 169 m olan 2-ci körpünün tikintisi başa çatdırıldıqdan sonra yeni tikilən yoldan Olimpiya stadionu ərazisinə, eləcə də Hava Limanından və Olimpiya stadionu ərazisindən şəhərin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin yeni tikilən avtomobil yoluna birbaşa çıxışı təmin olunacaq.
Tikinti işlərinin böyük hissəsi yerinə yetirilən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən uzunluğu 462 m, qapalı boyu 54,3 m olan 2-ci tunel yeni tikilən avtomobil yolundan istifadə etməklə Olimpiya stadionu ərazisinə birbaşa təhlükəsiz hərəkəti təmin edəcək və stadion ərazisində tikilən dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılar yaradacaq.
Bundan əlavə «Koroğlu» metrostansiyası ərazisindən Olimpiya stadionuna piyadaların təhlükəsiz keçidini təmin etmək məqsədi ilə inşa olunan piyada körpüsündə işlərin 80 faizi yerinə yetirilib, piyada tunelində isə qazma işləri başa çatdırılıb. Sözügedən layihələrin 2015-ci ilin aprel ayınadək başa çatdırılması nəzərdə tutulub.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















