Bakıda 72 yeni parkinq tikiləcək

Yaxın illərdə Bakıda 72 parklanma ərazisinin tikintisi planlaşdırılır. Bununla bağlı Nəqliyyat Nazirliyi plan hazırlayıb. Bu haqda Nəqliyyat Nazirliyinin nümayəndəsi Heydər Turabov 2-ci Xəzər Beynəlxalq «Yol və yeraltı infrastruktur–urbanizasiya problemlərinin həlli yolları» mövzusunda keçirilən konfransda bildirib. Plana görə, paytaxt ərazisi üç parkinq zonasına bölünüb. Hər zona üçün optimal parklanma növləri və yerləri müəyyənləşdirilib. Şəhərin mərkəzi hissəsi tarixi abidələrlə zəngin olduğundan burada əsasən yeraltı parkinqlərə üstünlük verilir. Digər zonalarda isə yeraltı və yerüstü parkinqlər inşa ediləcək. Tikintinin müddəti və parkinqlərin dəqiq dislokasiyası barədə açıqlama verilməyib. Hazırda Bakının mərkəzində iki böyük yeraltı parkinq var.
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












