Bakıda avtomobilləri «zaryadkaya» qoymaq üçün yerlər açılıb

“SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti (QSC) öz yanacaqdoldurma məntəqələrində elektriklə işləyən və ya elektrik şarjı üçün girişi olan hibrid avtomobillərin sahiblərinə yeni xidmətlər təklif edir. Avtosfer.az faa.az-a istinadən xəbər verir ki, “SOCAR Petroleum” QSC-dən verilən məlumata görə, belə avtomobilləri Bakı-Aeroport yolu üzərində, Sabunçu və Suraxanı yol qovşaqlarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqələrində ultrasürətli avadanlıqlar vasitəsilə 15-20 dəqiqəyə tam şarj etmək mümkün olacaq. Quraşdırılan yeni avadanlıqlar “CHAdeMO”, “COMBO 2”, “AC TYPE mode2” standartlarını dəstəkləyir. Bu avadanlıqlar eyni anda iki avtomobili şarj edə biləcək texnologiya ilə təmin olunub. Məlumatda həmçinin bildirilir ki, ultrasürətli şarj avadanlıqlarının quraşdırılması respublikamızda bu tip nəqliyyat vasitələrinə marağın artmasına səbəb olacaqdır. Əsas məqsədlərindən biri ətraf mühitin qorunması olan “SOCAR Petroleum” atmosferə atılan zərərli qazların miqdarının minimuma endirilməsinə imkan verən müasir texnologiyaların tətbiqini bundan sonra da davam edəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












