Bakıda bu avtobus dayanacaqları köçürüləcək

Gələn il Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar paytaxtda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçiriləcək. Bununla bağlı Nəqliyyat Nazirliyində Tədbirlər Planı hazırlanır. Bu barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib. Ə.Cəfərov qeyd edib ki, Olimpiya stadionuna gedən avtomobil yolunda marşrutların maneəsiz hərəkətinin təşkili məqsədilə müəyyən variantlar üzərində iş gedir. Belə ki, nəqliyyatın hərəkətinin asanlaşdırılması üçün Nizami rayonu Koroğlu metro stansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Bakıxanov qəsəbəsi, Qara Qarayev metro stansiyası ətrafına köçürülməsi ehtimal edilən versiyalardan biridir. Onun sözlərinə görə, hazırda müxtəlif sahələr üzrə Bakı şəhər İcra Hakimiyyətinin rəhbərlik etdiyi komissiyalar çalışırlar. “I Avropa Oyunlarında avtobusların dislokasiya nöqtələrinin hansı ərazidə yerləşəcəyi barədə müzakirə edilir. Qeyd edilən ərazidə nəqliyyatın hərəkəti mütləq məhdudlaşdırılacaq. Bütün bunlar günün tələbatından asılı olacaq. Lakin bu gün bunu demək çətindir”, - deyə Ə. Cəfərov qeyd edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












