Bakıda bu yol pullu olacaq

Azərbaycanda nəqliyyatın dayanıqlı inkişafının təmin edilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərdən biri də ölkədə ödənişli yolların çəkilməsidir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev bildirib ki, artıq məsələ ilə bağlı yolların çəkilməsinə məsul olan “Azəryolservis” bir neçə yol layihəsinin variantını nəzərdə keçirir. Cəmiyyət eyni zamanda beynəlxalq təcrübəni də nəzərə alır. Hazırda yaxın gələcəkdə ödəniş tətbiq ediləcək yollar sırasında Bakı-Quba yoluna alternativ çəkilən yeni Gəndob-Rusiya sərhədi yolunun 60 km-nin, “İpək Yolu”na (Bakı-Gürcüstan sərhədi) paralel çəkiləcək yolun, habelə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi-Sahil qəsəbəsi avtomobil yolunun pullu olması variantı nəzərdən keçirilir. Onun sözlərinə görə, ümumiyyətlə, yol külli miqdarda vəsait aparan işdir: “Xarici təcrübə göstərir ki, biz tikintilər üçün əlavə mənbələr tapmalıyıq. Bunlardan da biri tranzit yüklər və ya böyük marşrutlar üçün pullu yolların tikilməsidir. Amma işin bu tərəfinin bir neçə şərti var. Çünki hər ölkədə vəziyyət fərqlidir. Məsələn, belə yol üçün alternativ yolun olması, onun yaxın və ya uzaqlığı kimi məsələlər əsasında qərar qəbul edilir”.
V.Hacıyev hesab edir ki, bu sahədə yeni qaydaları təkmilləşdirilməli və hazırlanmalıdır: “Bu mürəkkəb məsələdir. Hazırda bunun üzərində iş gedir. Nə vaxtsa belə yolun olmasını təmin etməyi düşünürük. Ödənişli yollar alternativ olan yollarda olacaq. O yolun bütün tələblərə cavab verməsi lazımdır. Məsələn, yolda qəza hadisəsi bu yolun ucbatından baş verərsə, bütün xərclər yolun boynunda qalacaq, o cümlədən yolun qorunması, saxlanması, yüksək səviyyədə təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər nəzərə alınmalıdır. Bu bir günün işi deyil”. APA
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












