Bakıda işıqlı piyada keçidinin müəllifi Zakir Qaralov imiş

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl paytaxtın Murtuza Muxtarov küçəsi ilə Nigar Rəfibəyli küçəsinin kəsişməsində yeni piyada zolağı quraşdırılıb. Bu piyada zolağının digərlərindən fərqi ondadır ki, özündə işıqforun rənglərini əks etdirən qırmızı və yaşıl işıqlarla təhciz olunub. Xüsusi işıqlandırılmış piyada zolağı Bakıda hələ ki, test olaraq quraşdırılan ilk keçiddir. Yaşıl rəngli işıq piyada zolağının üzərində quraşdırılıb. Qırmızı rəngli işıq isə sürücülərin avtomobilləri dayandırıb, piyadaya yol vermək üçün “stop xətt” funksiyasını daşıyır. Eyni zamanda keçidinin yanında yol nişanları da var ki, bu da piyada zolağına ayrı bir gözəllik qatır.
ANS-in əməkdaşı iki gün əvəl piyada keçidinin üzərində quraşdırılan xüsusi işıqlarda yaranan nasazlıqları aradan qaldıran işçi qurupundan bu maraqlı ideyanın kimə məxsus olduğunu öyrəməyə çalışıb. Amma onlar bunun hələ ki, bir sirr olduğunu bildirərək müsahibə vermək istəməyiblər.
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, bu maraqlı ideyanın müəllifi nə Dövlət Yol Polisi, nə də Nəqliyyat Nazirliyidir. İdeyanın Bakıda həyata keçirilməsinin təşəbbüskarı Baş prokuror Zakir Qaralovdur. İşıqlandırılan ilk piyada keçidi də məhz Baş Prokurorluğun qarşısındadır. Əldə etdiyimiz məlumata görə, Zakir Qaralov bu yeniliklə Türkiyədə tanış olub və belə bir sestemin Bakıda da tətbiqi üçün təşəbbüslə çıxış edib. O, bu işi şəxsi təşəbbüsü və öz vəsaiti hesabına həyata keçirib.
Hər halda, DYP və Nəqliyyat Nazirliyinin bundan nəticə çıxarması pis olmazdı. Xarici ölkələrə kostyum almağa getməkdənsə yol hərəkəti təhlükəsizliyi ilə bağlı yaxşı təcrübələri örynəib ölkəmizdə tətbiq etmək daha faydalı olardı.
Elməddin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












