Bakıda və dünyada ilk işıqlı piyada keçidi - VİDEO

Paytaxdın Murtuza Muxtarov küçəsilə, Nigar Rəfibəyli küçəsinin kəsişməsində yeni piyada zolağı quraşdırılıb. ANS-in məlumatına görə, bu piyada zolağının digərlərinidən fərqi ondadır ki, o özündə işıqforun rənglərini əks etdirən qırmızı və yaşıl işıqlarla təhciz olunub. Xüsusi işıqlandırılmış piyada zolağı, Bakıda hələ ki, test olaraq quraşdırılan ilk keçiddir. Yaşıl rəngli işıq piyada zolağının üzərində quraşdırılıb. Qırmızı rəngli işıq isə sürücülərin avtomobilləri dayandırıb, piyadaya yol vermək üçün “stop xətt” funksiyasını daşıyır. Eyni zamanda keçidinin yanında yol nişanları da var ki, bu da piyada zolağına ayrı bir gözəllik qatır.
Piyada keçidinin üzərində quraşdırılan xüsusi işıqlarda yaranan nasazlıqları aradan qaldıran, işçi qurupunun çalışdığını gördük və bu maraqlı ideyanın kimə məxsus olduğunu öyrəməyə çalışdıq. Amma bunun hələ ki, bir sirr olduğunu bildirərək müsahibə vermək istəmədilər. Əvəzində onlardan öyrəndik ki, bu cür işıqlı piyada zolağı nəinki Bakıda, hətta demək olar ki, dünyada ilkdir. 220 voltnan işləyən piyada zolağı elektirik enerjisini, keçidin yanında quraşdırılan elektirik dirəyindən alır. Eyni zamanda bu işıqlar yerdə quraşdırılmasına baxmayaraq yağış sularına da davamlıdır. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirdilər ki, bu cür piyada zolaqları gecə saatlarında avtomobil yollarında piyadaların təhlükəsiz yolu keçməsinə kömək edə bilər. “Gələcəkdə bu kimi zebra xəttlərinin çəkilməsi məqsədəuyğundur. Və birbaşa təhlükəsizliyin təmin edilməsi, xüsusilə də piyadaların avtomobilərlə vurulması hallarının qarşısının alınması kimi qiymətləndirilməlidir” - deyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
Eyni zamanda bu çür piyada keçidlərinin gecə saatlarında qaranlıq yolla hərəkət edən nəqliyyat vasitələri sürücülərinin hərəkəti tənzimləmələrində, həmçinin piyada ölümlərinin qarşısının alınmasında da böyük rol oynayacağı praqnozlaşdırılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












