Bakının «Dərnəgül yolu» dərdi bitdi

Paytaxtın Ziya Bünyadov (keçmiş Dərnəgül) prospektində aparılan təmir işləri artıq başa çatıb və yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, prospektin Əliyar Əliyev və Əhməd Rəcəbli küçələri ilə kəsişmələrində yerləşən köməkçi yollar istinsna olmaqla yolun əsas hissəsində işlər başa çatıb.Həmçinin Əliyar Əliyev küçəsində yerləşən yol ötürücüsündə temperatur tikişləri qoyulur. Yaxın 15 gün ərzində hava şəraiti normal keçərsə, prospekt istismara veriləcək.
Qeyd edək ki, Ziya Bünyadov prospektində təmir işləri Böyükşor yol qovşağından Xutor dairəsinədək 9,2 km uzunluğunda aparılıb. Hərəkət zolaqlarının sayı keçdiyi ərazilərdən asılı olaraq, bəzi yerlərdə 12 (6 gediş, 6 gəliş), digər yerlərdə isə 10-dur (5 gediş, 5 gəliş).
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












