Bakının girişində yeni körpü tikilir

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində 9-cu km-də yerləşən mövcud yolötürücüləri sökülərək yerində müasir tipli yolötürücülərin inşasına başlanılıb. Bu barədə Avtosfer.az-a Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən məlumat verilib. Məlumata görə, sovet dövründə inşa olunan yolötürücülərdən fərqli olaraq yeni tikilən müasir yolötürücüləri 4 aşırımdan ibarət olacaq ki, bununla da sonuncu aşırımın alt hissəsindən əks tərəfə keçid məqsədilə yeni hissə salınacaq. Uzunluğu 110 m nəzərdə tutulan yolötürücülərin birinin eni 13,5 m, digərinin isə 15,5 m olacaq. Şəhərə giriş hissədə yerləşən yolötürücüsünün 1 dayağı artıq hazırdır, 2-ci və 3-cü dayaqların isə təməli betonlanıb. Hazırda dirəklər montaj olunur. Şəhərdən çıxış üçün nəzərdə tutulan yolötürücüsündə dayağın armaturu yığılır. İşlərin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO













