Bakının yeraltı keçidlərində avtomat pivə aparatları quraşdırılır - FOTOLAR

Bakıda qazlı içkilər, təbii şirələr və pivə satışı üçün vendinq avtomatlar peyda olub. Həmin aparatlar şəhərdəki bir sıra yeraltı piyada keçidlərində quraşdırılıb. Avtosfer.az day.az-a istinadən bildirir ki, həmin aparatlardan biri Bülbül prospekti və Nizami küçəsinin kəsişməsində, digəri isə Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsindəki piyada keçidindədir. Analoji aparatların digər keçidlərdə, habelə ictimai yerlərdə qoyulması nəzərdə tutulub.
Vendinq avtomatından istifadə etmək çox asandır. Məsələn, "Pepsi" almaq üçün içkinin yanında göstərilmiş qiymət və kod yazılmış yerdə olan ikirəqəmli kodu yığmaq gərəkdir. Sonra aparata pul salınır. Ödəniş edildikdən sonrakı bir neçə saniyə ərzində aparat içkini verir.
Vendinq aparatı pulun qalığını da qaytara bilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














