Bakının yollarında xeyli dəyişikliklər olacaq

“Paytaxtda keçiriləcək Bakı-2015 Avropa Oyunlarına hazırlıq məqsədilə Nəqliyyat Nazirliyində tədbirlər planı hazırlanıb. Bu planın həyata keçirilməsi üçün xüsusi kommissiya işləyir. Bu işlər görüləndən sonra Bakını tanımayacaqsınız, Bakı tamam dəyişəcək”. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov anspress-ə açıqlamasında belə deyib. Onun sözlərinə görə, magistral yolların çəkilməsi, şəhər nəqliyyatında, eyni zamanda intelektual idarəetmə sistemilə bağlı böyük planlar var. “Bakı nəqliyyatının inkişaf etdirilməsi çərçivəsində ehtiyat sürücü bazası yaradılır. Həmin sürücülərin xarici dilə yiyələnmə məsələsi aktualdır. Sürücülərin geyim forması hazırlanır. Yaxın günlərdə avtobus sürücüləri vahid geyim formasına keçəcək. Hələlik bu formaların iki nümunəsi hazırlanır. Yoxlamalardan sonra onlardan biri seçiləcək və təsdiqlənəcək”, - deyə Namiq Həsənov bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, Bakıya yeni orta və iri tutumlu avtobusların gətirilməsi planlaşdırılır. Bu avtobuslar şəhərdaxili sərnişin nəqliyyatında işləyəcək. Həmin avtobuslar eyni zamanda Bakıya gələn qonaqlara xidmət göstərəcək. Digər yeniliklərdən biri də avtobus dayanacaqlarında “Wi-Fi” sistemi quraşdırılmasıdır. Bununla da, dayanacaqda dayanıb, avtobus gözləyən sərnişinlər itirdikləri vaxtdan səmərəli istifadə edə biləcəklər. Namiq Həsənov onu da bildirib ki, bu ilin sonuna qədər Bakıya əlavə olaraq 500 yeni taksilər də gətiriləcək. Bununla da, paytaxtın taksi sistemi tamam dəyişəcək. “Artıq taksidən istifadə edənlərin təhlükəsizliyi tam təmin olunacaq. Əhaliyə və gələn qonaqlara mədəni və təhlükəsiz daşınma xidməti göstəriləcək”, - deyə N.Həsənov əlavə edib. Əsas yeniliklərdən biri də, paytaxtda mövcud tıxacın qarşısını almaqdır. Bu istiqamətdə görülən ən vacib işlərdən biri avtomobil saxlamaq üçün xüsusi parkinqlərin salınmasıdır. Nazirlik rəsmisi deyir ki, həmin parkların bəziləri hətta əhaliyə pulsuz xidmət göstərəcək. Bu parklama yerlərinin salınması yollarda tıxacın aradan qaldırılmasına xidmət edəcək.
Digər yeniliklərdən biri də, paytaxtda xüsusi dayanma-durma nöqtələrinin yaradılmasıdır. Belə məntəqələr yaradılandan sonra, bəzi ərazilərdə sürücülər avtomobillərini müvəqqəti olaraq saxlaya bilcəcəklər. Bununla da, harda gəldi avtomobil saxlayanlar olmayacaq.
Namiq Həsənov onu da əlavə edib ki, ən əsas problemlərdən birinin həlli istiqamətində artıq yekun işlər görülür. Onun sözlərinə görə, Dərnəgül istiqamətində salınan yeni yol qovuşağı yaxın vaxtlarda istifadəyə veriləndən sonra Bakıda demək olar ki, tıxac problemi olmayacaq. “Bakının əsas avtomobil hərəkətini təmin edən Dərnəgül istiqamətindəki yeni yol qovuşağının tikintisi yekunlaşmaq üzrədir. Bu yol istifadəyə veriləndən sonra paytaxtın əksər hissələrində hərəkət sıxlığı tamam aradan qalxacaq”, - deyə Namiq Həsənov bildirib.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












