Bakıya qazla işləyən avtobuslar gətiriləcək

Azərbaycanda benzinə olan tələbatı tənzimləmək, eyni zamanda ətraf mühitə dəyən zərəri minimuma endirmək üçün avtomobillərdə qazdan istifadə olunacaq.
Anspress-in məlumatına görə, bu məqsədlə bütün ölkə ərazisində qazdoldurma stansiyaları quraşdırılacaq. Bununla bağlı ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi layihəyə başlayıb. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, gələn il Bakıya gətiriləcək avtobuslar qazla işləyəcək. Bununla əlaqədar gələn il Bakı və Bakı ətrafında 6 yeni stansiya tikiləcək. Plana görə, ilbəil bu stansiyaların sayı artırılacaq və hər 180 kilometrdən bir qaz stansiyası olacaq.
Hökumətin bu addımları da təsadüfi deyil. Çünki Qaradağ Neft-Qaz Emalı və Neft Kimya kompleksində neft emalı zavodunun tikilməsi vaxtı dəyişib. Qərara alınıb ki, neft emalı zavodunun tikintisinə kompleksdəki digər müəssisələr kimi 2015-ci yox, 2023-cü ildə başlansın. Bu zavod 2030-cu ildə işə salınsın. Ləngimə qərarının səbəbi isə “Şahdəniz-2” və digər iri qaz layihələrinin də məhz bu komplekslə eyni dövrə təsadüf etməsidir. Yeni zavod açılana qədər Heydər Əliyev adına Neft emalı zavoduna 1 milyard manata yaxın sərmayə yatırılaraq onun gücü ildə 3 milyon ton benzinə çatdırılacaq.
ARDNŞ-in vitse-prezidenti Tofiq Qəhrəmanovun sözlərinə görə, tamamlama işləri 2018-ci ilə kim başa çatacaq və zavod 15 il müddətində fəaliyyət göstərəcək. Paytaxtdakı digər emal müəssisəsi - “Azərneftyağ” zavodu isə, artıq xəbər verdiyimiz kimi, 2-3 il ərzində tamamilə ləğv ediləcək. Qaradağ Kompleksinə daxil olan Qaz emalı və kimya zavodları 2020-ci ildə işə düşməlidir.
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI
Azərbaycanda avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq: Baş nazirdən QƏRAR
2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı vacib açıqlama











