BDU-nun qarşısında metro çıxışı olacaq

«Metronun «Elmlər Akademiyası» stansiyasının yeni çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısında olacaq». Bu barədə Avtosfer.az-a BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, yeni çıxışın istifadəyə verilməsinə az müddət qalıb: «Biz fikirləşdik ki, yayın istisində, qışın soyuğunda müəllimlər və tələbələr metrodan çıxıb universitetə gələnə qədər xeyli vaxt itirirlər, əziyyət çəkirlər. Ona görə də, təklif irəli sürdük ki, metronun çıxışlarından biri universitetin qarşısında olsun. Artıq işlər başa çatmaq üzrədir».
Rektor bildirib ki, BDU-nun qarşısındakı çıxış həm universitetin həyətində, həm də yolun əks istiqamətində olacaq. Lakin universitetin həyətinə olan çıxış axşam saat 8-dən sonra bağlanacaq: «Çünki hər yoldan keçən gəlib universitetə girməməlidir. Nəzərdə tutmuşuq ki, universitetdə dərs qurtarandan sonra çıxış bağlansın, yolun o biri tərəfindəki çıxış işləsin».
Metrodan universitetə qədər olan yolun park kimi istifadəyə verilməsi xəbərinə də münasibət bildirən Abel Məhərrəmov deyib ki, onlar da bu təklifi müsbət qiymətləndiriblər: «Biz çox istərdik ki, o yol park olsun. Lakin şəhərimizdəki tıxaxları da nəzərə almaq lazımdır. Bu barədə hələ dəqiq məlumat yoxdur».
Elməddin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












