“Belarus” traktorları Gəncədə yığılacaq

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 2014-cü ilin sonuna kimi 300 ədəd müxtəlif modifikasiyalı traktor istehsal olunacaq. Müəssisənin mətbuat xidmətindən verilən məlumata görə, bu müddətdə 300 ədəd traktor üçün kotanlar, 70 ədəd MAZ markalı avtomobillərin yığılması nəzərdə tutulur. İstehsal olunan traktor və kotanlar dövlət sifarişi əsasında “Aqrolizing” Acıq Səhmdar Cəmiyyətinə veriləcək.
Hazırda zavodda traktorların bazasında ekskavatorlar, qar təmizləyənlər, asfalt doğrayan və yol təmizləyən maşınlar, traktor üçün qoşqular və istənilən növ asma avadanlıqları istehsal edilir. MAZ markalı avtomobillərinin bazasında yanacaq və su daşıyan maşınlar, yükü özüboşaldan, dartıcı avtomobillər, assenizasiya maşınları, təmir emalatxanaları və kommunal maşınları istehsal edilir.
Bu günədək “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 5160 traktor istehsal olunub ki, onlardan 4631-i dövlət sifarişi əsasında “Aqrolizing” Acıq Səhmdar Cəmiyyətinə təhvil verilib.
Nurlan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












