Benzinin qiyməti ilə bağlı sürücülərə şad xəbər

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi bir çox ölkələrdə benzinin də ucuzlaşmasına səbəb olub. Artıq Avropa ölkələrində benzinin satışında ucuzlaşma müşahidə olunur. Bəs görəsən, bu durum Azərbaycanda da benzinin qiymətinə təsir edəcəkmi? Adətən ölkəmizdə neftin qiyməti artan kimi benzinin də qiyməti artır. Bəs neftin ucuzlaşması bazarda necə əksini tapacaq? İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, yaxın günlərdə benzinin ucuzlaşması qaçılmazdır: “Benzinin qiyməti ilə neftin qiyməti arasında birbaşa əlaqə var. Nəzərə alsaq ki, neftin qiyməti ucuzlaşdıqdan sonra benzinin istehsal xərcləri də azalır. Bu səbəbdən benzinin satış qiyməti də təbii olaraq ucuzlaşır. Biz Avropa bazarına baxsaq, orada da benzinin qiymətində ucuzlaşmalar yeni-yeni müşahidə edilməyə başlayıb. Artıq bu həftədən başlayaraq Avropa ölkələrində benzin daha ucuz təklif olunur. Bundan çıxış edərək demək olar ki, Avropada benzinin qiymətində azalmalar olduğu üçün Azərbaycanda da benzinin qiymətində ucuzlaşma olacaq. Ancaq neftin ucuzlaşması və bunun benzinin qiymətində əksini tapması arasındakı zaman fərqinin səbəbi isə odur ki, benzin istehsal edən zavodların müəyyən müddət üçün ehtiyatları olur. Onlar bu ehtiyat bazanı neftin baha olduğu dövrdə alıblar. Çünki istehsalın fasiləsizliyini təmin etmək üçün zavod məcburdur ki, müəyyən ehtiyata malik olsun. Ancaq zavod nefti ucuz alarsa o zaman benzini də daha ucuz qiymətə bazara çıxardacaq. Yaxın günlərdə “Premium Avro-95” və Ai-98 markalı benzinin qiymətlərində azalmalar olmalıdır. Çünki Avropada bu həftədən başlayaraq benzinin qiyməti aşağı düşməkdədir. Nəzərə alsaq ki, Azərbaycan benzini Mərkəzi və Şərqi Avropadan idxal edir, həmin ölkələrdə benzinin ucuzlaşması Azərbaycanda da birmənalı şəkildə ucuzlaşmaya səbəb olacaq. Bu baxımdan Aİ 92 markalı benzinin qiyməti isə dövlət tərəfindən tənzimləndiyi üçün hər hansı ucuzlaşma olmayacaq”.
Adətən, benzin bahalaşan kimi, bir çox işbazlar bundan psixoloji amil kimi istifadə edərək, əksər məhsulların qiymətini artırırlar. Ancaq benzin ucuzlaşanda bu bazarda qiymətlərə təsir etmir. Bazardakı bu anormal durumu dəyərləndirən iqtisadçı ekspert də təsdiq edir ki, benzinin qiyməti artan kimi bu digər məhsulların qiymətinə də təsir edir, ancaq benzin ucuzlaşanda ölkədə digər məhsulların ucuzlaşması müşahidə olunmur: “Bu baxımdan çox təəssüf ki, biz benzinin ucuzlaşacağını proqnozlaşdıra bilsək də, digər məhsulların ucuzlaşacağını proqnozlaşdıra bilmirik. Bunun bir səbəbi psixoloji faktorlardır, digər bir səbəbi isə ölkədə istehlak məhsullarına çıxışın məhdud olmasıdır. Sözsüz ki, iş adamları benzinin bahalaşmasından psixoloji faktor kimi istifadə edirlər, istehlak məhsullarının qiymətini artırırlar”.faktxəbər
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN
Telefon tutacağından istifadə edənlər 1200 manat cərimə ediləcək – YENİ QANUN
Yasamalda yeni quraşdırılan işıqforlar işə salındı










