Bu dəfə taksi sürücüsü sərnişini qarət etdi
Yeniliklər
23 İyun 2014 15:16

Quldurluq etməkdə şübhəli bilinən taksi sürücüsü tutulub
Bakıda quldurluq etməkdə şübhəli bilinən taksi sürücüsü tutulub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, iyunun 22-də Bakı şəhər sakini Qabil Abdullayev 37-ci polis bölməsinə ərizə ilə müraciət edib. O, bildirib ki, iyunun 21-də K.Kərimov küçəsində taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı avtomobilin sürücüsü İlqar Alıquliyev tərəfindən təzyiqə məruz qalıb. İddiaya görə, sürücü onu bıçaqla hədələyərək 125 manat pulunu əlindən alıb. Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən İ.Alıquliyev tutulub. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 2597
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












