Bu xəbər sürücülərimizi məyus edəcək

Bakının mərkəzi küçələrinin yüklənməsi problemi gündən-günə daha da sərtləşir. Sürücülər və sərnişinlər şəhərdəki tıxaclardan hər gün şikayətlənirlər. İnsanların əsəbləri artıq tab gətirmir. Vətəndaşlar nəqliyyatçıları günahlandırırlar ki, tikilən parkinq yerləri avtomobil axını qarşısında acizdir. Günü-gündən böyüyən şəhərdə tıxac problemini tamamilə həll etmək real görünmür. Dünyanın heç bir meqapolisində tıxaclardan tam xilas olmaq kimi bir təcrübə yoxdur. Şəhər İcra Hakimiyyəti də yerində durmur, öz vasitələri ilə problemi həll etməyə çalışır. Misal üçün, şəhərdə 4 yeraltı və yerüstü parkinq tikilərək istifadəyə verilib. Bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə "Parkomat" layihəsi reallaşmağa başlayıb. Düzdür, küçələrin yüklənməsi problemi hələ də düzəlməyib. Nəyə görə? Çünki qeyri-qanuni parkinq yerləri hələ də qalır. Hətta bu yerlər qanuniləşdirilir.
Şəhər İcra Hakimiyyəti bu metodla kifayətlənməyə hazırlaşmır. İcra Hakimiyyətindəki mənbədən day.az-a bildiriblər ki, Bakıda parkonlar - hərəkət edən foto-video fiksasiya kompleksi də olacaq. Parkonlar yol patrul xidməti avtomobillərində quraşdırılacaq. Bu avadanlıqlarda insan faktoru tamamilə kənarlaşdırılıb.
Bir çox ölkələrdə artıq belə təcrübə tətbiq olunur. Parkonun iş prinsipi belədir: avadanlıq quraşdırılmış avtomobil qeyri-qanuni park edilmiş maşınların yanından keçir və bu zaman bütün maşınların görüntülərini qeydə alır. Avtomatik olaraq qayda pozuntusu ilə bağlı protokol tərtib edilir. Üç gün ərzində avtomobil sahibinin ünvanına cərimə ilə bağlı qəbz göndərilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












